06 
Apr
2021
12:34
271

Baş Nazirin təşəbbüsü ilə yeni şura yaradılır

Gürcüstan hökumətinin qərarına əsasən Ölkənin İnkişafı və İslahatları Üzrə Qurumlararası Şurası yaradıldı.

InterPress.ge xəbər verir ki, bu barədə Hökumət Administrasiyası tərəfindən İnterpressnews-a məlumat verilib.

Məlumata görə, İrakli Ğaribaşvilinin təşəbbüsü ilə ölkənin inkişafı üçün onillik plan hazırlanacaq.

Hökumətdən verilən məlumata görə, ölkə qarşısında duran çağırışa effektli addımların atılması məqsədilə yaradılmış qurumlararası şurasına Gürcüstan hökumətinin komandanı rəhbərlik edəcək.

“İnkişaf və İslahatlar Şurasının üzvləri nazirlər, deputatlar və digər rəsmi şəxslər olacaq. Yeni Şura işçi qrupları və alt qrupları yaratmağa, eləcə də lazımi hallarda başqa qurumların nümayəndələrini, mütəxəssislər, ekspertlər və özəl sektor nümayəndələrini dəvət etməyə səlahiyyətlidir.

İnkişaf və İslahatlar Şurasının məqsədi2021- ci ilin 31 may tarixində Gürcüstan Hökumətinə ölkənin inkişafının onillik planının ilkin sənədini təqdim etməkdir.

Baş Nazir İrakli Ğaribaşvili ölkənin İnkişafı və İslahatları Üzrə Şurasının yaradılması üçün artıq imza atıb”- Hökumət Administrasiyası tərəfindən yayılan məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın