06 
Apr
2021
10:59
380

Gürcüstanda əhalinin neçə faizi özəl tibbi sığortadan yararlanıb? - STATİSTİKA

Əhalinin 17%-i Gürcüstanda özəl tibbi sığortadan yararlanır

Interpress.ge xəbər verir ki, bu barədə Dövlət Nəzarətçi Xidməti statistika yayımlayır.

Statistikaya nəzərən, 2020- ci il ərzində cəmdə 620 408 polis verilib ki, bu da 2019- cu il ərzində olan statistika ilə müqayisədə 17 575 dəfə çoxdur. 2018- ci ildə isə 553 675 polis verilib.

Eyni statistikaya görə, 2020-ci ildə tibbi (sağlamlıq) sığortası sahəsinə cəlb olunan mükafat 267,6 milyon lari təşkil etmişdir. Mükafata əsasən ən böyük bazar payı GPI Holdinqin payına düşür. Şirkət 2020-ci ildə 74,29 milyon lari tibbi sığorta cəlb edib və nəticədə bazarın 28% -ni tutub.

Beşliyə daxildir:

“GPİ holdinq”- 74.29 milyon lari (28%)

“İmedi L”- 61.80 milyon lari (23%)

“Ardi”- 39.12 milyon lari (15%)

“PSP”- 18.10 milyon lari (7%)

“İrao”- 16.89 milyon lari (6%)

Məlumat üçün bildirək ki, 31 dekabr 2020-ci il tarixinə görə, həyat və qeyri- həyat sığortası lisenziyası olan 18 sığorta şirkəti qeydiyyata alınıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər