05 
Apr
2021
08:33
343

Türkiyə təyyarəsinin sərnişinləri Varşava hava limanında təxliyə edilib

İstanbul şəhərindən Polşanın paytaxtı Varşava şəhərinin hava limanında yerə enən “Turkish Airlines” aviaşirkətinin təyyarəsinin ekipajı və 100 nəfərdən çox sərnişini bomba barədə xəbərdən sonra təxliyyə ediliblər.

InterPress.ge xəbər verir ki, bu barədə Varşavanın sərhəd mühafizəsinin yerli bölməsinin mətbuat katibi Daqmar Beles-Yanas yerli xəbər agentliyinə bildirib.

"Təyyarənin yoxlanılması üzrə tədbirlər hələ davam edir", - o qeyd edib. Sərhəd mühafizəsinin yerli bölməsinin mətbuat katibi vurğulayıb ki, hələlik heç bir şübhəli predmet aşkar edilməyib.

"Hər şey onu göstərir ki, bu, anonim zarafat idi", - Beles-Yanas deyib. Onun sözlərinə görə, partlayış təhlükəsi olan maddələrin mövcudluğunu yoxlamaq üçün təyyarəyə mütəxəssis xidməti itlə qalxmalıdır.

Bizimlə əlaqə saxlayın