Mamuka Xazaradze: "Müxalifət və "Lelo" danışıqları davam etdirməyə hazırdır"
"Müxalifət və "Lelo" siyasətin birdəfəlik parlament sahəsinə girməsi üçün danışıqları davam etdirməyə hazırdır".
InterPress.ge xəbər verir ki, bu haqda "Lelo" nun liderlərindən Mamuka Xazaradze deyib.
Onun sözlərinə görə, tərəflər ölkədə normal həyatı davam etdirmək üçün Avropa Şurası Prezidenti Şarl Mişelin nümayəndəsi Kristian Danielson tərəfindən hazırlanan sənəddə razılığa gəlməlidirlər.
"Gürcü Arzusu" bu ölkənin yenidən qurulmasına, islahatlara ehtiyacı olduğunu anlamalıdır. Danielson-un sənədinə razılaşma lazımdır ki, ölkə normal həyatını davam etdirsin", - dedi Xazaradze.
Xatırladaq ki, martın 30-da Kristian Danielson-un vasitəçiliyi ilə müxalifət və hakim komanda arasında danışıqların ikinci mərhələsi baş tutdu.


