Amiran Qamğrelidze ölkədə virusun yayılmasının üçüncü dalğasını proqnozlaşdırıb.
InterPress.ge xəbər verir ki, bu barədə Qamğrelidze jurnalistlərlə söhbət edərkən söyləyib.
Qamğrelidzenin dediyinə görə, mənzərə ölkənin artıq keçdiyi ilkin mərhələyə bənzəyir.
"Klaster yayılması başladı, Quria, Sameqrelo və Şida Kartlidə klasterlər formalaşıb. Bu, ölkədə virusun ümumi yayılmasına başlamağın mümkün olduğuna işarədir", - dedi Qamğrelidze.
Onun sözlərinə görə, epidemiya getdikcə pisləşir və üçüncü dalğa gözlənilir.
