Rustavi şəhər şurasının üzvünü yaralayıblar.
InterPress.ge xəbər verir ki, hadisə Maçabeli küçəsində baş verib.
Yaralı təcili yardım qrupu tərəfindən Rustavi klinikasına aparılıb.
Həkimlər yaralıya müvafiq tibbi yardım göstəriblər.
Qarşıdurmanın səbəbinin nə olduğu hələlik məlum deyil.
Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.
