02 
Apr
2021
19:39
633

5000-dək Gürcüstan vətəndaşı Almaniyada işlə təmin olunacaqlar

Dövlət Məşğulluğun Təşviqi Agentliyi ilə Alman Federal Əmək Agentliyi arasında müqavilə imzalanıb. Müqavilə çərçivəsində 5000-ə qədər Gürcüstan vətəndaşı Almaniyada müvəqqəti qanuni işlə təmin olunacaqlar.

InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Məşğulluğun Təşviqi Agentliyi məlumat yayır.

Verilən məlumata görə, Stuttgart, Düsseldorf və Brandenburg bölgələrində işəgötürənlər vakansiyalar elan edir. Bölgələrdə ərazilərin daha da genişləndirilməsi planlaşdırılır.

Bu mərhələdə Almaniyada müvəqqəti qanuni iş üçün 97 682 nəfər qeydiyyatdan keçib.

“Hər bir iş axtaranın məşğulluq şərtləri və sosial təminatlar barədə məlumat aldığı təlimlər artıq başlayıb. Gediş öncəsi təlim Beynəlxalq Miqrasiya Təşkilatının (BMT) iştirakı və dəstəyi ilə həyata keçirilir ”- məlumatda qeyd edilir.

Almaniyada mövsümi işlər aprel ayında başlayır.

Xatırlatmaq istəyirik ki, müvəqqəti mövsümi məşğulluq Gürcüstan və Almaniya arasında imzalanan müqavilə çərçivəsində həyata keçirilir. İş axtaranlar üçün məşğulluq xidmətləri pulsuzdur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər