“Gürcü Arzusu” ofisi yaxınlığında bu gün aksiya baş tutdu.
InterPress.ge xəbər verir ki, baş tutan aksiyada bir neçə şəxs saxlanıldı.
Aksiya iştirakçıları partiya ofisinə daxil olanları qışqırıqlarla yola salırdılar. Az öncə isə ərazidə vəziyyət gərginləşib və polis ofis ərazisi yaxınlığında 10-dək şəxsi ərazidən çıxarıb.
Hadisə yerinə polis səfərbər olub.
.jpg)