01 
Apr
2021
15:11
986

Daxili işlər Nazirliyi Vladimer Poznerə məxsus cərimə qəbzini yaydı

Daxili işlər Nazirliyi Vladimer Poznerə məxsus cərimə qəbzi və bəyanat yayıb.

InterPress.ge xəbər verir ki, bəyanatda deyilir:

“Müxtəlif KİV-lər tərəfindən 31 mart tarixində Gürcüstanda təcrid və karantin qaydalarını pozan şəxslərin cərimə olunmadəqlarına dair xəbərlər yayılır. Yüksək ictimai marağa görə inzibati cərimənin qəbzini dərc edirik və bir daha bildiririk ki, Patrul Polis Şöbəsinin əməkdaşları Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə uyğun olaraq təcrid və karantin qaydalarını pozma faktına görə 32 nəfəri cərimə edib. Onlar bundan sonra ölkəni tərk ediblər”- məlumatda bildirilir.

Vladimer Pozner öz qonaqları ilə birlikdə 31 mart tarixində Gürcüstana səfər etmişdi. Gürcüstanda isə onun səfərini fəallar etirazla qarşıladılar. Aksiyaya çox keçmədən siyasətçilər də qoşuldular. Hadisələr "komendant saatı" zamanı baş verdiyinə görə, Əmək Müfəttişliyi Vladimer Poznerin və onun qonaqları olduğu “Vinotel” mehmanxanasını 10 000 lari cərimələyib.

DİN nümayəndəsinin açıqlamasına görə isə "komendant saatı"nı pozan hər bir şəxs cərimələnib. Bununla bərabər polis Rusiyadan Gürcüstana gələn qonaqları və Vladimer Pozneri "komendant saatı"nı pozduqlarına görə cərimələyib.

Jurnalist 1 aprel səhər saatlarında Gürcüstanı tərk etdi.

Bizimlə əlaqə saxlayın