01 
Apr
2021
14:42
460

Hökumət administrasiyası rus jurnalistinin cərimələnməsi ilə bağlı bəyanat yayır

Vladimer Poznerin və onun qonaqlarının komendant saatında müvafiq icazə vərəqəsinin olduğu xəbərləri Hökumət administrasiyası təkzib edir və yalan olduğunu bildirir.

InterPress.ge xəbər verir ki, bu barədə Hökumət administrasiyasının mətbuat xidməti məlumat yayır.

“Patrul polis departamentinin əməkdaşları izolyasiya və karantin qaydalarının pozulması faktı üzrə Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 42 (10) maddəsi ilə 32 şəxsi cərimələyib. Ölkə ərazisinə daxil olan 41 şəxsdən 9-zu izolyasiya və karantin qaydalarını pozmayıb. Vladimer Poznerin və onun qonaqlarının komendant saatında müvafiq icazə vərəqəsindən istifadə etdikləri xəbər tamamilə həqiqətlərə uyğun deyil”- Hökumət administrasiyası.

Qeyd edək ki, Vladimer Pozner öz qonaqları ilə birlikdə 31 mart tarixində Gürcüstana səfər etmişdi. Gürcüstanda isə onun səfərini fəallar etirazla qarşıladılar. Aksiyaya çox keçmədən siyasətçilər də qoşuldular. Hadisələr komendant saatı zamanı baş verdiyinə görə, Əmək Müfəttişliyi Vladimer Poznerin və onun qonaqları olduğu “Vinotel” mehmanxanasını 10 000 lari cərimələyib. DİN nümayəndəsinin açıqlamasına görə isə komendant saatını pozan hər bir şəxs cərimələnib.

Din-in açıqlamasına görə, Vladimer Pozner Amerika vətəndaşıdır və o, işğal haqqında qanunu pozmayıb.

Bununla bərabər polis Rusiyadan Gürcüstana gələn qonaqları və Vladimer Pozneri komendant saatını pozduqlarına görə cərimələyib.

Jurnalist 1 aprel səhər saatlarında Gürcüstanı tərk etdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər