01 
Apr
2021
12:18
590

Epidemioloqların qiymətləndirməsinə görə, Gürcüstan üçüncü koronavirus dalğasına yaxınlaşır

Epidemioloqların qiymətləndirməsinə görə, Gürcüstan üçüncü koronavirus dalğasına yaxınlaşır.

InterPress.ge xəbər verir ki, səhiyyə mütəxəssisləri bu barədə açıqlama verib.

“Təəssüf ki, bu rəqəmlər miqdarın artmasını və Gürcüstanda üçüncü dalğa təhlükəsinin olduğunu göstərir. Bu, cəmiyyətin rahatlandığını bir daha sübut edir. Üçüncü dalğa başlayarsa, bu çox çətin bir fon və çox geniş yayılmış bir infeksiya olacaq”, - deyib səhiyyə mütəxəssisi Tevi Dabidze.

Səhiyyə mütəxəssisi Maka Buleişvilinin sözlərinə görə, əhali məhdudiyyətlər götürüldükdən sonra tövsiyələrə riayət etməyə ehtiyac olmadığını düşünüb.

“Biz tədricən üçüncü dalğaya doğru irəliləyirik, lakin heç bir halda buna imkan verməməliyik. Əhali məhdudiyyətlər götürüldükdən sonra artıq tövsiyələrə riayət etmək lazım olmadığını düşündü”, - söyləyib səhiyyə mütəxəssisi Maka Buleişvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər