Bu gündən paytaxtda yeni mikroavtobuslarda gediş- gəliş haqqı 80 tetri əvəzinə 50 tetri olacaq. Bundan əlavə sərnişinlər aldıqları biletlə 1 saat yarım vaxt ərzində metro ilə, avtobusla və mikroavtobusla səyahət edə biləcəklər.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meriyasından açıqlama verilib.
Meriyadan verilən məlumata görə, hal- hazırda metroda və avtobuslarda olan güzəştlərdən mikroavtobuslarda da yararlana biləcəklər.
Mövcud məlumata görə, Tbilisidə 2021- ci ilin sonuna qədər sarı mikroavtobuslar tamamilə dəyişdiriləcək.
