01 
Apr
2021
00:39
462

DİN Gürcüstana səfər edən rus jurnalistlə bağlı bəyanat yaydı

“Rus jurnalist Vladimir Pozner ABŞ vətəndaşıdır və onun ölkəyə səfəri ilə bağlı hər hansı qanun pozuntusu yoxdur”.

InterPress.ge məlumat verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) yaydığı bəyanatında belə deyilib.

Bildirilib ki, V.Pozner işğalla bağlı hər hansı qanunu pozmayıb və daha əvvəl də dəfələrlə Gürcüstanda səfərdə olub.

“Qeyd edilən ABŞ vətəndaşı olan şəxs işğal haqqında qanunu pozmayıb və Gürcüstana dəfələrlə səfər edib. Onların ölkəyə daxil olmasına gəlincə isə hökumətin sərəncamına müvafiq olaraq bəzilərinin “COVİD-19” pasportu, bəzilərinin isə “PCR” testi barədə sertifikatı var”, deyə Gürcüstan DİN-in bəyanatında vurğulanıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər