Arçil Talakvadze hakimiyyət və müxalifət arasında olan sənədlə bağlı açıqlama verdi
"Məsələlərin əlavə edilməsini istəməmişik və “Gürcü Arzusu” sənəddə göstərilən bütün məsələlərdə konstruktiv və ədalətli mövqedə idi".
InterPress.ge xəbər verir ki, bu barədə parlament sədri Arçil Talakvadze, müxalifətlə Kristian Danielsonun vasitəçiliyi ilə görüşdən sonra deyib.
"Sənəd artıq yayımlandı, düşünürəm ki, birbaşa vasitəçi tərəfindən başa düşdünüz ki, təklif olunan sənədi müxalifət imzalamadı və başqa məsələlərin əlavə edilməsini istəyirdilər, biz məsələlərin əlavə edilməsini istəməmişik və "Gürcü Arzusu” sənəddə göstərilən bütün məsələlərdə konstruktiv və ədalətli mövqelərə sahib idi ", - bildirib Arçil Talakvadze.
Talakvadzenin dediyinə görə, Danielson onlara mətn təklif edib və müxalifət bu mətni imzalamağa hazır olmadıqların bildirib.
“Deyirdiklər ki, vətəndaşlarımızın və ölkəmizin maraqlarına cavab verən bütün məsələlərdə konstruktiv mövqedə idik. Təəssüf ki, dialoqun bu mərhələsində müxalifət hələ də müqaviləni imzalamağa hazır deyildi", - qeyd edib Arçil Talakvadze.
Eyni zamanda, Talakvadze jurnalistlərin Ali Məhkəmə hakimlərinin seçilməsi proseduru ilə bağlı sualını cavablandırıb.
“Gürcüstan Parlamentində məhkəmə islahatı ilə bağlı artıq başlamış sənədi görsəniz, bu sualın cavabı və kompromis mövqeyimizin ağ-qara rəngdə olduğunu görərsiniz. Proseduru nəzərdən keçirməyə və Venesiya Komissiyasının tövsiyələri ilə, Venesiya Komissiyasının tövsiyələrinin olduğu və dəyişiklik edilməsini xahiş etdiyi seçim prosedurunun bütün anlarını dəyişdirməyə hazır idik. Bu səbəbdən, hətta danışıqlar masasına oturmazda əvvəl də bu barədə cavabımızı bildirmişdik”,- deyib Talakvdze.


