31 
Mar
2021
10:56
551

Polis Tbilisidə 3 nəfəri saxlayıb

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş Bölməsinin əməkdaşları keçirilən operativ- istintaq tədbirləri nəticəsində dəstə soyğunçuluğu ittihamı ilə üç nəfəri 2001-ci il təvəllüdlü G.Ç., 1998-ci il təvəllüdlü O.G. və 2000-ci il təvəllüdlü D.S Tbilisidə isti izlərlə yaxalayıblar.

lnterPress.ge xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır. Nazirlikdən verilən məlumata görə, istintaq zamanı təqsirləndirilən şəxslərin Tbilisidə Vaja-Pşavela prospektində yerləşən "Spar" mağazasında soyuq silahla işçilərin həyatlarını və sağlamlıqlarını təhdid etdərək kassadan məbləğ oğurladıqları məlum olub.

Polis, iş üzrə aparılan təcili istintaq tədbirləri nəticəsində G.Ç. O.G. Və D.S. bir neçə saat sonra isti izlərlə yaxalayıb.

Gürcüstanın Cinayət Məcəlləsinin dəstə soyğunçuluğunu nəzərdə tutan 179-cu maddəsinin 2-ci hissəsinin əsasən istintaq aparılır.

Törədilən cinayət 6 ildən 9 ilədək həbs cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər