Kristian Danielsonun vasitəçiliyi ilə hakimiyyət və müxalifət arasında görüş başa çatdı - NƏTİCƏ
“Təəssüflər olsun ki,partiyalar arasında razılığa baş tutmadı”
InterPress.ge xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişelin şəxsi nümayəndəsi Kristian Danielson açıqlama verib.
Danielsonun qeyd etdiyinə görə, o, ilk növbədə ölkə maraqlarını əhatə edən qərarla bağlı təklifini irəli sürsədə heç bir partiya qərarı qəbul etmədi.
“Bu gün mən ikinci vasitəçilik missiyamı Gürcüstanda başa vurdum. Mən bu böhranı aradan qaldırmaq məqsədilə seçki və ədalət islahatlarını nəzərdə tutan qərarımı partiyalara təqdim etdim. Bu qərar eləcə də Gürcüstanın gələcəyi üçün cavabdehliyi təmin edən, xüsusilə parlamentdəki gücün yenidən bölüşdürülməsini, siyasiləşdirilmiş məhkəmə işləri və erkən seçkilərlə bağlı davam edən mübahisələrə son qoyacaq, bu, siyasi əzm və məsuliyyət tələb edən bir qərardır. Belə bir qərar üçün bir təklif təqdim etmişəm. Bu, ölkənin maraqlarını bütün məsələlərdən üstün tutan bir qərardır. Heç bir siyasi partiyanın bu qərarı qəbul etmədiyini açıqladığım üçün üzr istəyirəm"- Danielson.


