28 
Mar
2020
17:20
2988

Polis fövqəladə rejimi pozduğuna görə 7 nəfəri cərimələdi - VİDEO

Birgə monitorinq nəticəsində İmereti, Mtsxeta-Mtianeti, Kvemo Kartli, Samtsxe-Cavaxeti və Acarıstan bölgələrində 6 yeni özünü təcridetmə qaydalarının pozulması faktı aşkar edilmişdir.

InterPress.ge xəbər verir ki, polis özünü təcridetmə qaydalarını pozan bütün şəxsləri qanuna uyğun olaraq, inzibati qaydada 3 000 lari cərimə yazılıb.

Bundan əlavə, Kaxeti polisi qadağan olmasına baxmayaraq, mikroavtobusla şəhərlərarası sərnişin daşıyaraq fövqəladə vəziyyət rejimini pozan şəxsi 3 000 lari cərimələyib.

Bütün fiziki və hüquqi şəxslər pozulmasına görə inzibati məsuliyyətə səbəb olacaq fövqəladə vəziyyət rejiminə riayət etməyə borcludurlar və bu yenə təkrarlanarsa cinayət məsuliyyətinə cəlb olacaqdır.

Daxili İşlər Nazirliyi, Xəstəliklərə Nəzarətin Milli Mərkəzi ilə birlikdə ölkədə yeni koronavirusun yayılmasının qarşısını almaq və sonlandırmaq məqsədi ilə vətəndaşların özünü təcrid etməsini fəal şəkildə izləməkdə davam edir.

Bizimlə əlaqə saxlayın