30 
Mar
2021
14:00
459

Qamğrelidze: “Ölkədə kütləvi immunizasiya böyük ehtimalla iyul ayında başlayacaq”

“Ölkədə kütləvi immunizasiya böyük ehtimalla iyul ayında başlayacaq”.

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze açıqlama verib.

Qamğrelidzenin qeyd etdiyinə görə, koronavirus peyvəndi ilə əlaqədar məlumatlandırıcı kampaniya daha da gücləndiriləcək. Bundan başqa müxtəlif istehsalçılarla danışıqlar aparılır və cari il ərzində Gürcüstana bir neçə peyvənd daxil olacaq.

“Yalnız Çin peyvəndi olmayacaq. Biz böyük ehtimalla iyul ayında kütləvi immunizasiyaya başlayacağıq. Birbaşa danışıqlar aparılır. Dünən bizə ikinci peyvəndə “Novavax”a görə müqavilə göndərildi. Bununla bağlı təxminən 2 aydır ki, danışıqlar aparılır. Bu Amerika şirkətidir və sözügedən peyvənd “Astrazeneca”dan, “Moderna”dan, “Pfizer”dən və Çin peyvəndindən prinsipcə fərqlənir. Biz eləcə də “Covax” platformasından başqa “Serum İnstitutu” ilə və eləcə də “Novovax” peyvəndinin 1000 doza gətirilməsinə dair danışıqlar aparırıq”.

Onun sözlərinə görə, kütləvi immunizasiya məcburi peyvəndi nəzərdə tutumur.

"Kovidvaksinlərin, adi və ya təqvim peyvəndlərindən fərqli olaraq, əks təsiri daha yüksəkdir. İstilik, əzələ ağrıları, oynaq ağrıları və s. Buna görə xəstəxana müəssisələrində saxlanılır və bu, bütün xəstəxanalara yayılacaq. Ölkədə təxminən 200 xəstəxana var. Bundan əlavə, iyul ayından etibarən Tbilisi, Batumi, Kutaisi, Rustavi kimi böyük şəhərlərdə gündə 3000-4000 peyvənd keçiriciliyi ilə kütləvi peyvənd mərkəzləri yaratmaq istəyirik”- Qamğrelidze.

Bizimlə əlaqə saxlayın