Axalçixe-Adiqeni yolunda 40 yaşlı kişi avtomobil qəzası nəticəsində ölüb.
InterPress.ge xəbər verir ki, hadisə dünən gecə Parexa kəndi yaxınlığında baş verib.
Məlumata görə, mikroavtobus sürücüsü sükanı çevirə bilməyib, yoldan çıxaraq aşıb.
Kişi hadisə yerinə gələn təcili yardım qrupu tərəfindən ölü halda tapılıb.
