Kobaxidze: "Müxalifətin həddən artıq sərt ambisiyaları var idi və..."
"Müxalifətin həddən artıq sərt ambisiyaları var idi və bu, əvvəlki danışıqların qarşısını aldı, indi fərqli bir yanaşma olsa, razılaşma mümkün olacaq".
InterPress.ge xəbər verir ki, bu barədə "Gürcü Arzusu"nun sədri İrakli Kobaxidze, Avropa Şurası Prezidentinin xüsusi nümayəndəsi Christian Danielsson ilə görüşdən sonra deyib.
Onun sözlərinə görə, "Gürcü Arzusu"nun yeganə qırmızı xətti ədalət prinsipidir.
“Sizə deyə bilərəm ki, bütün məsələlərə konstruktiv yanaşırıq. "Gürcü Arzusu"nun sahib olduğu yeganə qırmızı xətt ədalət prinsipidir. Nə olursa olsun, ədalətə uyğun olaraq tərəfimizdən müzakirə ediləcək.
Zamanında müxalifət çox sərt bir mövqeyə sahib idi. Nəyə ümid etdiklərini bilmirəm. Həddindən artıq sərt mövqeləri və ambisiyaları var idi və bu, əvvəlki danışıqları pozdu. İndi fərqli bir yanaşma varsa, razılaşma mümkün olacaq", - deyib Kobaxidze.


