Vaşadze: "Bu prosesdə nə qədər çox tərəf iştirak etsə, bir o qədər yaxşıdır"
"Gürcü Arzusu" tərəfindən destruksiya və yenə də destruksiya".
InterPress.ge xəbər verir ki, bu barədə "Strategiya Ağmaşenebeli"nin lideri Qiorqi Vaşadze hökumət və müxalifət arasında aparılan danışıqlarda bildirob.
"Çox təəssüf edirəm və heç vaxt onlar kimi olmayacağam, onlar kimi dağıdıcı olmayacağam. Danışıqlara getməyə və komandamızın obyektiv mövqeyini vasitəçilik tərəfinə təqdim etməyə hazıram", - deyib Vaşadze.
Onun sözlərinə görə, bütün siyasi qüvvələr öz adını daşımalıdır.
“Səmimi deyirəm ki, bütün siyasi qüvvələr öz adları ilə adlandırılmalıdır. Ölkənin inkişafını kim düşünür və kim dar partiya maraqlarını", - bildirib Vaşadze.
Xalq Müdafiəçisinin vasitəçilik prosesinə cəlb olunmasına gəlincə, Vaşadze qeyd edib ki, Nino Lomcarianın danışıqlarda iştirakı təqdirəlayiqdir.
"Bu prosesdə nə qədər çox tərəf iştirak etsə, bir o qədər yaxşıdır. Əlavə olaraq, vətəndaş cəmiyyətinin iştirakı formatı genişləndirilməlidir", - deyib Vaşadze.


