Akaki Minaşvili: "Nika Meliyanın girovu ödəməsi məsələsi gündəmdə durmur"
"Nika Meliyanın vəkillərinin brifinqi girovun ödənilməsinə aid deyil, buna görə bu məsələ istisna olunur".
InterPress.ge xəbər verir ki, bu barədə “Milli Hərəkatın” üzvlərindən biri, Akaki Minaşvili Nika Meliyanın vəkilinin brifinqi ilə bağlı açıqlamasında qeyd edib.
“Nika Meliya girovu ondan irəli gələrək ödəmədi ki, siyasi təqibi qanuniləşdirmədi və yaşıl işıq vermədi. Buna görə bu məsələ istisna olunur. “Gürcü Arzusu” əsas müxalif partiyanın liderini baş ofisinin hücumu ilə yaxaladı. Təbbidir ki, biz tərəfdən bu istiqamətlə hansısa güzəşt qəbul olunmazdır. Çünki bu siyasi təqibin davam etdirilməsinə və daha da dərinləşdirilməsinə yaşıl işığın verilməsidir. Buna görə, bu məsələ gündəmdə durmur”, – Akaki Minaşvili.
Qeyd edək ki, “Milli Hərəkatın” mərkəzi ofisində Nika Meliyanın vəkili, Giorgi Kondaxişvili bu gün saat 20:00-da mətbuat konfransı keçirəcək.


