29 
Mar
2021
15:27
366

İrakli Kobaxidze: "Saakaşvili və İvanişvilini bir tonda xatırlamaq spekulyasiya və təhqirdir"

“Bidzina İvanişvili və Mixeil Saakaşvilinin danışıqlar masasına oturması məsələsinə gəldikdə, bu gerçəkliyi təhrif etmək cəhdidir”.

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze bildirib.

“Bidzina İvanişvili siyasətdən çıxıb və bu səbəbdən bu spekulyativ açıqlamadır, birbaşa bunu deyərdim. Siyasətdən gedən bir şəxsə dönüb danışıqlar masasına oturmalı olduğunu söylədiyiniz zaman, belə bir açıqlama vermək doğru deyil. Daha da vacib olan bir tərəfdə cinayət sistemi yaradan Mixail Saakaşvilinin olmasıdır, hansı ki, bir çox insanın həyatını, sağlamlığını, biznes ləyaqətini qurban verdi. Ölkəmizin 20% ərazisini itirən şəxs Mixeil Saakaşvilidir. Digər tərəfdə bu cinayət sistemini Gürcüstandan uzaqlaşdıran şəxsdir. Bu iki adamı eyni tonda xatırladığınız zaman, yumşaq desək, spekulyasiya və təhqirdir. Bu ifadəni yumşaq şəkildə qiymətləndirə bilmərik”, - deyib Kobaxidze.

Xatırladaq ki, Avropa Parlamentinin üzvü Andrius Kubilius, Bidzina İvanişvili və Mixeil Saakaşvilinin siyasi dialoqda iştirak etməsinin təsirli olacağını söyləyib.

Bizimlə əlaqə saxlayın