“Qiorqi Qaxarianın gələcək siyasi planından məlumatlı deyiləm”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili açıqlama verib.
“Bizim hökümətimiz dövründə, 8 il ərzində Qiorqi Qaxaria əvvəlcə biznes ombudsmen, sonra iqtisadiyyat naziri, Daxili İşlər naziri, daha sonra isə baş nazir vəzifəsində çalışdı. O, 8 il hökumət üzvü olub. Onun nəyə hazırlaşdığından məlumatlı deyiləm. Gözləyək görək nə açıqlama verəcək daha sonra isə biz dəyərləndirəcəyik”- İrakli Ğaribaşvili.
