29 
Mar
2021
13:37
697

Baş nazir erkən seçkilərlə bağlı açıqlama verdi

"Erkən seçkilər məsələsi müzakirə edilmir".

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Ğaribaşvili deyib.

Onun sözlərinə görə, ölkədə ədalətli seçkilər keçirilib və bu, bütün nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tanınır.

"Ölkədə erkən seçki olmayacaq, bu barədə danışmağı bitirdik, AB, ABŞ Dövlət Departamenti, Senatı və s. rəsmi nümayəndəsindən bu barədə açıqlamalar eşitdik, ATƏT-DTİHB-nin nəticələri, bütün dünya, seçkilərimizi tanıdı və bizi təbrik etdi, hansı seçkilərdən danışırsınız? Dialoqumuza gəlincə, dialoq davam edir və böyük ümidlər bəsləyirəm və bir daha bu razılaşmanın əldə olunacağına dair müsbət, nikbin ümidlər qoymaq istəyirəm. Bizim tərəfimizdən heç bir destruksiya olmayıb və olmayacaq, əksinə, müxalifət tərəfindən dialoqun pozulduğu və güzəştə getmədikləri zaman bunun şahidi olduq. Həqiqətən ağlabatan və ədalətli güzəştə getməyə hazırıq, indi sıra müxalifətdədir. Erkən seçki məsələsi bağlandı, ölkəmizdə siyasi məhbus yoxdur, bu, lideriniz Saakaşvilinin dövründə mövcud idi", - deyib Ğaribaşvili.

Bizimlə əlaqə saxlayın