Bu gün İmam Zaman Ağanın mövludu ilə əlaqədar Marneulidə tədbir keçirildi
Bu gün müsəlmanların İmam Zaman (ə)ın mübarək movlud günüdür. Bu Marneulinin mərkəzi küçəsində İmam Zaman ağanın mövludu günü ilə əlaqədar Marneuli əhalisinə ehsan paylandı.
InterPress.ge xəbər verir ki, bu günki tədbir Ümumi Gürcüstan Ali Dini İdarəsi və İmam Əli Xeyriyyə fondu tərəfindən təşkil olunub.
ÜmumGürcüstan Ali Dini İdarəsinin şeyxi və sədri Mirtağı Əsədov bu gün münasibətilə müsəlmanları təbrik etdi və bu günün önəmliliyindən danışdı.
“Bismilləhir- Rahmənir- Rahim. Bu gün 12-ci İmamımız, dünyanın xilaskarı, bütün dinlərin həsrtələ gözlədiyi şəxsinİmam Məhdi ağanın mövludu günüdür. Saban ayının ortasıdır. Bu günlə əlaqədar Marneulidə ÜmumGürcüstan Ali Dini İdarəsi və İmam Əli Xeyriyyə fondu tərəfindən təşkil olunmuş tədbir təşkil olunub. Tədbir çərçivəsində həm ehsan paylanır həm də vətəndaşlar İmam Zaman ağa haqında məlumatlandırılırlar.
Qeyd edim ki, sabah saat 15:00-da İmam Əli Məscidində İmam Zaman ağanın mövludu ilə əlaqədar böyuk ehsan tədbiri baş tutacaq. Tədbirə hər kəs dəvətlidir. Bütün müsəlmanları, eləcə də Ağanın yolunu gözləyən aşiqlərin, xilaskarı gözləyən intizar sahiblərini bu gözəl gün münasibətilə təbrik edirəm”- Mirtağı Əsədov.
İmam Baqir (ə) buyurur: “İmam Mehdi (əc.) Məkkədən “rükn”lə “məqam” arasından öz köməkçi və üç yüz on üç nəfərlə birlikdə zühur edəcək. Belə ki, Peyğəmbərin (s) qanun-qaydası, bayrağı və silahı оnunla birlikdə оlacaq. Bü zaman Məkkə səmasından оnun adı və vilayəti (imaməti) tərəfindən nida gələcək və dünyada оlan Yer əhlinin hamısı о adı eşidəcək. Оnun adı Peyğəmbərin (s) adı ilə eynidir.
Imam Mehdi (ə) hicri-qəməri təqvimi ilə 255-ci ilin Şaban ayının 15-də, (miladi tarixi ilə 868-ci ildə) Samirə şəhərində müsəlmanların 11-ci imamı Həsən Əsgərinin (ə) ailəsində anadan olub. 12-ci imamın adı Məhəmməd olsa da, o daha çox Mehdi, Qaim və Sahibəzzaman ləqəbləri ilə məşhurdur.
Atası şəhadətə çatdıqda imam Mehdinin (ə) beş yaşı olmasına baxmayaraq, cənazə namazını məhz o qılıb. Bundan sonra isə 12-ci imamın qeyb dövrü başlayıb. Allahın möcüzələrindən biri də imam Mehdinin (ə) günümüzə qədər ömür sürməsidir. Onun nə zamana qədər gözlərdən uzaq yaşayacağı, nə vaxt Allahın Quranda buyurduğu vədə yerinə yetəcəyi bəlli deyil.
Səmavi dinlərdən heç biri İslam dini qədər ictimai fəaliyyətə təkid etməyib və insanlığın müqəddəratının özündən asılı olmasını vurğulamayıb. İslam fəsad və zülmlə mübarizəni, pisliklərdən çəkindirməyi müsəlmanların əsas vəzifələrindən biri olaraq qəbul etmiş və ictimai islahatı, ədalətsevərliyi dini vəzifələrin ən ümdəsi hesab edir. İslam dini yaxşılığa dəvət edib, pisliklərdən çəkindirmə məsələsinə o qədər önəm verir ki, bu iş üçün bir qrup insanı hazırılamağı tövsiyə edir. “Sizin içinizdə xeyrə çağıran, yaxşılığa dəvət edib pis işlərdən çəkindirən bir toplum olmalıdır, qurtuluşa çatanlar da məhz onlardır” (Ali-İmran surəsi, 104).
Zühur zamanının gizli qalması da böyük fəlsəfəyə malikdir. Bu, müsəlmanı ətalətdə qalmağa qoymur. İnsan daim fərəc gününün intizarı ilə yaşayır. Həmin hadisənin bu gün və ya sabah baş verəcəyi ümidi ilə hazırlığını qoruyur, sayıqlığını itirmir. İmam Mühəmməd Baqir (ə) “Fərəc günü (yəni Mehdinin zühuru) nə zamandır?” sualının cavabında məhz bunu nəzərdə tutaraq buyurmuşdu: “Fərəc o zaman yetişəcək ki, siz ələkdən keçəsiniz, sonra bir də, daha sonra bir dəfə də ələnəsiniz. Pisləriniz itib, yaxşılarınız qalsın. Bax, o zaman Mehdi zühur edəcək”.


