28 
Mar
2021
16:33
759

QHT rəhbəri və ictimai fəal Marneuli meriyası tərəfindən 15 min lari ayrılan konserti ayrı-seçkilik adlandırdı

Marneuli bələdiyyəsinin meriyasının dəstəyi ilə 6 aprel tarixində konsert keçiriləcək.

InterPress.ge xəbər verir ki, Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Rifahının Qorunması və Dəstək Xidməti Marneuli Meriyasına rəsmi müraciət edib.

Belə ki, Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Rifahının Qorunması və Dəstək Xidməti 24 mart tarixində Marneuli bələdiyyəsinin meriyasına, mer vəzifəsini icra edən Zaur Tabatadzeyə rəsmi müraciət edərək 6 aprel Beynəlxalq Sağlamlıq günü münasibətilə konsertin keçirilməsi və bunun üçün 15min lari dəyərində məbləğin ayrılmasını bildirib. Zaur Tabatadze isə rəsmi müraciətə müsbət cavab bildirib.

InterPress.ge bu məsələ ilə əlaqədar ictimai fəal Samirə Bayramova ilə və Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin şeyxi və sədri Mirtağı Əsədovla əlaqə saxlayaraq bu məsələyə münasibət bildirməklərini istədi.

Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin şeyxi və sədri Mirtağı Əsədov bu addımı Gürcüstan azərbaycanlılarına qarşı diskriminasiya olaraq qiymətləndirsədə həkimlərə dəstək olmağın əleyhinə olmadığını vurğuladı.

"Bəli, bu məsələni eşidəndə biz çox narahat olduq. Bu addım bizə qarşı hörmətsizlik, bizi ciddiyə almamaq, bayramlarımıza diqqət yetirməməkdir. Onlar bu ayrıseçkiliklə bayramlarımızın hörmətə layiq olmadıqlarını göstərmiş oldular. Layiq olsaydı bayramı qeyd etməyimizə icazə verərdilər. Bu qarışıq dövrdə meriyanın bu addımını qınayıram. Meriya tərəfindən həmişə diskriminasiya halları olub və bu bu günki gündə də davam edir. Bu ölkə hamınındır. Təəssüflər olsun ki, onlar bizim dəyərlərimizə hörmət etmirlər əksinə boğmaq, susdurmaq, bizə əngəl olmaq istəyirlər. Rəsmi nümayəndələr bizi Novruz bayramı ilə əlaqədar yalnız şifahi təbrik etdilər. Ancaq xalqımız sağ olsun ki, bayramımıza sahib çıxaraq qeyd etdilər. Qaldı ki, həkimlərə dəstək, onları təltif etməyə onun əleyhinə deyiləm, həkimlərə hörmət bəslənməlidir. Ancaq qadağa varsa gərək bu məsələyə də yerli hakimiyyət etiraz edib konsertin keçirilməsinə icazə verməməli idi"- Mirtağı Əsədov.

İctimai fəal Samirə Bayramova isə öz növbəsində qeyd edir ki, covid-19 un üçüncü dalğasının başlamasına görə həyəcan təbili çalınmasına baxmayaraq müraciət edən qurumun bu addımı qeyri- məntiqidir.

"Koordinasiya şurasının covid-19 un üçüncü dalğasının başlamasına görə həyəcan təbili çalmasına baxmayaraq Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Rifahının Qorunması və Dəstək Xidmətinin konsertlə bağlı meriya rəhbərliyinə müraciət etməsi qeyri- məntiqidir. Eyni zamanda bilirik ki, Gürcüstanda həkimlərin maaşları aşağıdır, ancaq buna baxmayaraq, onlar pandemiya dövründə çox hətta 24 saat çalışırdılar. Əgər həkimlərə dəstək olmaq istəyirlərsə konsertə ayrılan məbləği yaxşı olardı ki, onların maaşlarına əlavə edib bu cür dəstək olardılar.
Bildiyiniz kimi biz Novruz bayramının keçirilməsi üçün bir günlük komendant saatının ləğv olunması ilə əlaqədar hökumətə müraciət etmişdik. Onlar isə pandemiyanı əsas gətirərək tələbimizi təmin etmədilər. Ancaq buna baxmayaraq biz də öz tərəfimizdən bu diskriminativ addıma etiraz olaraq bütün pandemiya tövsüyələrinə riayət etməklə aksiya şəklində etirazımızı bildirdik. Hökumətin atdığı bu cür addımlar qeyri-məntiqidir.

Zaur Tabatadzeyə gəlincə, illərdir mer müavinidir, ancaq biz onun təcrübəli kadr olduğunu görmürük. Audit xidmətinin nəticələrinə baxsaq, onun necə bir ictimai sektorun nümayəndəsidir. Onun bu müraciətə tez cavab verməsi də təəccüb doğurur ki, nepotizmlə dolu bir sistem bu qədərmi aktiv işləyir. Təbii ki, mən onun bu addımını qınayıram. Bu məsələyə və Zaur Tabatadzenin öz səlahiyyətindən sui- istifadə etməsinə,etnik azlıqlarla zəif işləməsinə etiraz əlaməti olaraq düzdür hansı şəkildə nə düşünülür hələ bəlli deyil,amma hər hansı bir addımın atılması gözləniləndir"- Samirə Bayramova.

Qeyd edək ki, Novruz bayramından bir neçə gün öncə QHT nümayəndələri və ictimai fəallar hökumətə Novruz bayramı ilə əlaqədar komendant saatının bir günlük ləğv edilməsinə dair müraciət etsələr də hökumət pandemiya şəraitini əsas gətirərək tələbi təmin etməmişdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər