QHT nümayəndələri və ictimai fəallar birgə dəstək bəyanatı yayır
QHT nümayəndələri və ictimai fəallar hüquqşünas Anna Dolidzeyə və din xadimi Vaqif Əkbərova dəstək bəyanatı yayımlayıb.
InterPress.ge xəbər verir ki, dəstək bəyanatını ictimai fəal Samirə Bayramova öz Facebook səhifəsində paylaşıb.
Onun qeyd etdiyinə görə, son illərdə ictimai, dini şəxslərə qarşı şəxsi həyatı əks etdirən kadrların yayılması onlara qarşı həyata keçirilmiş ən qəddar üsuldur.
Bununla bağlı Samirə Bayramovanın paylaşdığı bəyanatı olduğu kimi təqdim edirik:
"Anna Dolidze və Vagif Akperova dəstək bəyanatı!
Son illərdə ictimai, siyasi dini şəxslərə qarşı şəxsi həyatı əks etdirən kadrların yayılması onlara qarşı həyata keçirilmiş ən qəddar metoddur.
Mtavari televeziyasında Anna Dolidzenin evinə qurlaşdırılmış cihaz haqqında DTX-nin keçmiş işçisi İvane Qulaşvilinin (hal hazırda həbsdə olan) etirafları efirə getdi. Sözü gedən verlişdə müsahib 2014-cü ildə Anna Dolidzenin evinə cihaz quraşdırdığını xatırladı. O, Annanın evində olan əşyalardan və ailə şəkillərindən kimin evi olduğunu tanıyıb. Anna Dolidze onun evindəki əşyalarla bağlı təsvirini təsdiqlədi və həqiqətən onun evində həmin əşyaların olduğunu bildirdi amma sözü gedən ildə baş verməsinə şübhə edir. O bunu, onun siyasi və ictimai fəaliyyətilə əlaqəndirir.
Gürcüstan Müsəlmanlar İdarəsinin keçmiş şeyxi Vaqif Əkbərov DTX işçilərinin 2012-ci ildə onu təhlükəsizliyin binasına çağırıldığını və onlarla əməkdaşlıq etmə tələbi haqqında danışır. Onlar onun fəaliyyətini sektant adlandırır və işdən azad olunmasına qərar verdiklərini və bunun əvəzində onun üçün başqa işə getməsini, hesabına köçürülən yüksək miqdarda pulun olduğunu bildirirlər. Amma Şeyx Vaqif Əkbərov onlarla əməkdaşlıq etmir və təkliflərini qəbul etmir. O hətta hal-hazırkı şeyxin də məhz bu şəkildə davam edən fəaliyyətinə diqqət çəkir, o qeyd edir ki, Gürcüstan Müsəlmanlar İdarəsini, Dini İşlər Üzrə Agentliyin sədri idarə edir.
İctimai, siyasi və dini şəxslərə bu kimi hadisələr artıq dəfələrlər baş verib. DTX-nın siyasi, ictimai fiqurların şəxsi həyatlarını əks etdirən video materiallarla təsir etməsi demokratik prinsip və fundamental hüquqlar çərçivəsindən çıxıb.
Azlıqlara, qadınlara qarşı bu çirkin siyasət azlıqların inteqrasiya prosesinə qoşulmasına və eləcə də qadınların siyasi fəallığının qarşısını alır. Sistemin şəxslərə qarşı bu kimi qəddar zorakılığı və qeyri-qanuni fəaliyyəti ölkə vətəndaşlarının şəxsi həyatlarının toxunulmazlıq qanunu birbaşa pozur.
Gürcüstan vətəndaşları olaraq, müvafiq orqanları bu kimi qeyri-qanuni fəaliyyətin ciddi şəkildə qanuni çərçivədə araşdırılmasını və şəxsi həyatı əks etdirən kadrların ictimai formada yayılmasının qarşısının alınmasına çağırırıq.
Qadınlarsız uğur Gürcüstan siyasətində qeyri-mümkündür. Ölkədə bütün insanların haqqları bərabər şəkildə qorunmalı və etnik azlıq nümayəndələri olan Gürcüstan vətəndaşlarının ölkənin ictimai, siyasi həyatındakı roluna mane olunmamalıdır.
Biz Gürcüstan vətəndaşları olaraq Anna Dolidze və Şeyx Vaqif Əkbərova dəstək oluruq və ictimai, siyasi və dini şəxslərə qarşı qəddar, zorakı siyasəti qınayırıq".


