28 
Mar
2021
09:53
3140

Marneulinin Şulaver kəndində bıçaqlanma hadisəsi baş verib

Marneulinin Şulaver kəndində bıçaqlanma hadisəsi baş verib.

InterPress.ge xəbər verir ki, hadisə axşam saatlarında olub.

Sakinlərin verdiyi məlumata görə, hadisəyə səbəb iki tərəfdən birinin digərinə avtomobillə yol verməməsi olub.

Mövcud məlumata görə, 2 zərərçəkən təxminən 20-25 yaşlarındadırlar. Onlardan biri boğaz nahiyəsindən, digəri isə sinə nahiyəsindən və ayaqlarından xəsarət alıb. Onlar hal- hazırda Marneulidə Aversi klinikasına yerləşdiriliblər.

Klinikadan verilən məlumata görə xəsarət alanların vəziyyətləri stabildir.

InterPress.ge Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr xidməti ilə əlaqə saxladı və onların bu hadisə ilə bağlı məlumatları olmadıqlarını bildirdilər.

Ancaq InterPress.ge-yə verilən qeyri rəsmi məlumata görə, cinayətkarlar artıq həbs olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər