27 
Mar
2021
14:48
829

Kaxa Kaladzenin səhəti ilə bağlı açıqlama verildi

"Tbilisi meri Kaxa Kaladzedə vertebro-basilar sindromu təsdiqlənmədi".

InterPress.ge xəbər verir ki, bu barədə kardioloq, professor Zurab Pağava açıqlama verib.

“Vertebro-basilar sindromu diaqnozu klinikalardan birində əvvəlcədən qoyulmuşdu, ancaq əlavə araşdırmalar aparıldıqdan sonra bu xəstəlik təsdiqlənmədi. Cənab Kaxada qeyri-sabit təzyiq var. Elə bu səbəbdən də o, kardioloji klinikamıza baş vurdu. Aparılan tədqiqatlarla cənab merdə vestibulopatiya xəstəliyi aşkarlandı. Bu mərkəz insan tarazlığını tənzimləyən mərkəzdir. Bu pozuntular onun idmanla bağlı keçmişi və gərgin iş qrafiki ilə əlaqədardır"- Zurab Pağava.

Onun sözlərinə görə, Kaxa Kaladze indi özünü daha yaxşı hiss edir, əlavə tədqiqatlardan keçir, müalicəsini davam etdirir və tezliklə adi rejimə qayıdacaq.

"Cənab Kaxaya gərgin idman keçmişi və mövcud gərgin iş rejimi səbəbindən vestibulopatiya diaqnozu qoyuldu. Beyində qidalandırıcı qan damarlarından birinin keçici pozğunluqlarının yaratdığı bir patologiyadır. Bu xəstəlik heç bir şəkildə cərrahi əməliyyat tələb etmir. Müalicə davam edir. Cənab mer özünü yaxşı hiss edir və yəqin ki, yaxın günlərdə normal iş qrafikinə qayıdacaq"- anqeoloq Mamuka Bokuçava.

Bizimlə əlaqə saxlayın