27 
Mar
2021
11:00
627

Kaxa Kaladze xəstəxanaya yerləşdirilib

“Dostlar, mənə çox mesaj gəlir, tanışlarım və tamamilə tanımadığım şəxslər harada olduğumu və niyə aktiv olmadığımı yazırlar".

InterPress.ge xəbər verir ki, bu barədə paytaxt meri Kaxa Kaladze, şəxsi Facebook səhifəsində yazır.

Kaladzenin sözlərinə görə, o, hazırda Tbilisidə klinikalardan birində müayinədən keçdiyini yazır.

Onun qeyd etdiyinə görə, buna baxmayaraq məsafəli işləməyə davam edir.

“Dostlar, mənə çox mesaj gəlir, tanışlarım və tamamilə tanımadığım şəxslər harada olduğumu və niyə aktiv olmadığımı yazırlar.

Sizə məlumat vermək məcburiyyətində olduğumu hiss edirəm.

Qeyd edim ki, sağlamlığımda vertebro-basilar sindromu və vestubulopatiya xəstəliyi aşkar olunub, buna görə Tbilisidəki klinikalardan birində tibbi müayinədən keçirəm. Məsafəli işləyirəm və müalicəyə davam edirəm"- Kaxa Kaladze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər