26 
Mar
2021
21:34
3301

Köhnə dövlət nömrə nişanlı avtomobil sahiblərinin NƏZƏRİNƏ

Daxili İşlər Nazirliyinin xidmət agentliyində nəqliyyat vasitəsinin köhnə dövlət nömrə nişanlarının dəyişdirilməsi prosesi aktiv şəkildə davam edir.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin xidmət agentliyi bu barədə açıqlama yayır.

Verilən məlumata görə, avtomobil sahibləri xidmət mərkəzlərini ziyarət etməklə yanaşı, adına qeydiyyatdan keçmiş nəqliyyat vasitəsi özgəninkiləşdirilmədiyi və məlumatları (marka, gövdə növü, rəng, yanacaq növü, mühərrik nömrəsi və ya həcmi və s.) dəyişmədiyi təqdirdə, minik avtomobilin köhnə model qeydiyyat nömrəsinin yenisi ilə dəyişdirilməsini tələb etmək üçün xidmət agentliyinin mobil tətbiqetməsindən (SAGENCY) istifadə edə bilərlər.

Xidmət agentliyi mobil tətbiqetmə (SAGENCY) iPhone istifadə edildiyi təqdirdə APP Store-dan yüklənir, Android-dən istifadə edildiyi təqdirdə isə Play Store-dan yüklədikdən xidmət agentliyinin veb saytında qeydiyyatdan keçməmişdirsə, qeydiyyatdan keçməlidir.

"Distant xidmət almaq üçün maraqlı şəxs agentliyin mobil tətbiqetməsində qeydiyyatdan keçmək üçün fərdi məlumatları qeyd etməlidir: ad, soyad, şəxsi nömrə, mobil telefon nömrəsi, elektron poçt ünvanı. Maraqlı şəxs qeydiyyatdan keçmişdirsə, mobil tətbiqetmədə avtorizasiyadan sonra şəxsi səhifəsinə keçəcək.

Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi 2014-cü ildən yeni dizayn nömrələri verməyə başladı və dərhal nömrələrin dəyişdirilməsi üçün son tarix elan etdi - konkret tarix 2020-ci ilin sentyabr ayı idi, lakin koronavirusun yayılmasına qarşı profilaktik tədbirlər səbəbindən bu altı illik müddət cari ilin 31 martına qədər uzadıldı.

Çox sayda köhnə nümunə nömrəsi ölkə daxilində dövriyyədə qaldığından, xidmət agentliyi dəfələrlə müvafiq nəqliyyat vasitələrinin sahiblərini agentliyin struktur bölmələrinə vaxtında müraciət etməyə çağırdı. Xidmət Agentliyi dəfələrlə ictimaiyyətə məlumat verdi ki, köhnə dövlət nömrə nişanlarının yenisi ilə dəyişdirmə zamanı, artıq Agentliyin ərazi vahidlərinə nəqliyyat vasitəsinin gətirilməsi və yoxlanılması məcburi deyil.

İctimaiyyətə bildirmək istəyirik ki, köhnə nömrələrin 1 aprel 2021-ci ildən etibarən qanuni qüvvəsi kəsiləcək, bununla birlikdə hər hansı bir vətəndaş bu tarixdən sonra da, nəqliyyat vasitəsinin dövlət nömrə nişanlarını nəqliyyat vasitəsini Agentliyin ərazi vahidliyinə gətirmədən və yoxlanılmadan dəyişdirə bilər.

Aprelin 1-dən etibarən köhnə dövlət nömrə nişanlı avtomobili hərəkət etdirməyin inzibati xəta olacağı və sahibinin inzibati qaydalara əsasən cərimələnəcəyi də diqqətəlayiqdir", - deyilir məlumatda.

Bizimlə əlaqə saxlayın