28 
Mar
2020
09:13
488

Fransada koronavirusa yoluxanların sayı 32,9 minə çatıb

Fransada epidemiyanın yayıldığı ilk gündən bəri koronavirusa yoluxanların sayı 32,9 minə çatıb, son sutka ərzində daha 3809 nəfər bu virusa yoluxub. Bununla yanaşı, 1,9 min insan koronavirusun qurbanına çevrilib.

InterPress.ge “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon mətbuat konfransında deyib.

“Testlərin nəticələrinə əsasən, Fransada hazırda 32 964 yoluxma halı qeydə alınıb. Ölənlərin ümumi sayı 1995 nəfərdir, yəni son sutkada 299 nəfər bu virusdan ölüb”, - Salomon belə deyib. Belə olan halda, son bir gündə ölkədə 3,8 min yoluxma halı qeydə alınıb.

Onun sözlərinə görə, hazırda 15,7 mindən çox insan xəstəxanalardadır, onlardan təxminən 3,8 mini ağır vəziyyətdədir. Daha 5,7 min nəfər martın 1-dən bəri sağalaraq xəstəxanaları tərk edib.

Bizimlə əlaqə saxlayın