26 
Mar
2021
16:14
513

Bu günə kimi "Pfizer" peyvəndi üçün qeydiyyatdan keçənlərin sayı açıqlandı

“Bu günki statistikaya nəzərən, “Pfizer”lə peyvəndlənmə növbəsində 9000 insan var. 9000-dən 20% tibbi işçisi, qalanları isə 65 yaşdan yuxarı vətəndaşlardır”.

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze qeyd edib.

Onun verdiyi məlumata görə, peyvəndlənmək üçün cəmdə 11 273 vətəndaş gözləyir. Təxminən 2000 şəxs isə “Astrazeneca” ilə peyvəndlənməyi planlaşdırır.

“Dünən 65 yaşdan yuxarı vətəndaşlar və eləcə də həmkarlarım intensiv şəkildə qeydiyyatdan keçdilər. Gələcək 2 həftə ərzində isə peyvəndlənmə prosesini gözləyən 11 273 vətəndaş var. “Pfizer” peyvəndi 14 min vətəndaş üçün yetərli olacaq. Bu günki statistika ilə 2000 vətəndaş “Astrazeneca” ilə, 9000 şəxs isə “Pfizer” ilə peyvəndlənməyi gözləyir”- Qamğrelidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər