Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Vaşadze: “AB, “Gürcü Arzusu”na daha yumşaq yanaşmalarının səhv olduğunu gördü"

442
Vaşadze: “AB, “Gürcü Arzusu”na daha yumşaq yanaşmalarının səhv olduğunu gördü"
Dinləmək üçün basın

“AB, “Gürcü Arzusu”na daha yumşaq yanaşmalarının səhv olduğunu gördü. Mediasiya kifayət qədər aydın mövqelər tutmaq deməkdir. İkinci turun keçiriləcəyi təqdirdə daha konkret olacağını düşünürəm”.

“AB, “Gürcü Arzusu”na daha yumşaq yanaşmalarının səhv olduğunu gördü. Mediasiya kifayət qədər aydın mövqelər tutmaq deməkdir. İkinci turun keçiriləcəyi təqdirdə daha konkret olacağını düşünürəm”.

InterPress.ge xəbə verir ki, bu barədə “Strategiya Ağmaşenebeli”nin lideri Qiorqi Vaşadze deyib.

Onun sözlərinə görə, müxalifətə rasional olaraq müzakirə ediləcək heç bir təklif gəlməyib.

“Yekun sənəd bizə, müxalifətə gəlməyib, rasional olaraq nəzərdən keçiriləcək təklif gəlməyib. Vasitəçilər özləri birbaşa söhbətlərdə “Gürcü Arzusu”nun o qədər dağıdıcı olduğunu söylədilər ki, hər hansı bir məsələdə razılığa gəlmək mümkün deyildi. Vasitəçi bu sənədi belə götürə bilmədi və müxalifətə "fikirləşirəm ki, bu obyektivdir" deməyi təklif belə edə bilmədi”, - bildirib Vaşadze.

Vaşadze, "Strategiya Ağmaşenebeli”nin lideri, Christian Danielsson-un planlaşdırılan səfəri barədə də münasibət bildirib.

"Həqiqətən hər kəsin bizə reseptlərlə gəlməsi və hər şeyi almalı olduğumuzu düşünmürəm. Biz müstəqil, suveren bir dövlətik və qərarı biz almalıyıq, hər kəsin, həm iqtidar, həm müxalifət, həm də "Strategiya Ağmaşenebeli”nin məsuliyyətləri var. Bütün bunlara çox məsuliyyətlə yanaşırıq. Qalanını zaman göstərir.

Razılığa və güzəştə hazırlaşmaq üçün komandamla birlikdə çalışacağam. Əvvəlki iclaslarda münasibətimiz belə idi, prinsipial, çox dəqiq mövqelər, lakin kompromisə və razılığa hazır olmaq", -deyib Qiorqi Vaşadze.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →