Marneuli və Qardabaninin bu kəndlərində elektirik enejisi məhdudlaşdırılacaq
Planlaşdırılan bərpa işləri ilə əlaqədar olaraq elektrik enerjisi "Energo-Pro Georgia" abunəçilərinin bir hissəsi üçün məhdudlaşacaq.
InterPress.ge xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
Məlumata görə, planlaşdırılan bərpa işləri ilə əlaqədar olaraq, 26 mart saat 12: 00-dan 19: 00-dək Marneuli rayonunun Sadaxlı, Xuldərə, Qasımlı, İmircala, Seidiqocalı, Araflı, Şulaver və yaxın kəndlərindəki abunəçilərinin elektirik enerjisinin verilməsi məhdudlaşdırılacaq.
Qardabani rayonunun Vaxtanqisi, Nəzərli, Kəpənəkçi, Kalinino, Təzəkənd və yaxın kəndlərdə elektrik enerjisi saat 14: 30-dan 17: 00-a qədər məhdudlaşdırılacaq.
Şirkətdən verilən məlumata görə, bərpa işləri başa çatdıqdan sonra elektrik enerjisi təchizatı adi vəziyyətdə bərpa ediləcək.


