25 
Mar
2021
16:13
393

Baş Nazir müxalifətin planlaşdırdığı mitinqə münasibət bildirdi

“Müxalifətin mitinqi iki ay əvvəl elan etdiyi hər hansı bir ölkənin adını çəkin. Bu nə göstərir? Öz dəstəkçiləri də elan etdikləri mitinqə qatılmırlar”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri İrakli Ğaribaşvili jurnalistlərə açıqlamasında bildirib.

Baş nazirin sözlərinə görə, müxalifət tamamilə anlaşılmazlıq içindədir.

“İki ay sonra müxalifətin elan etdiyi mitinqin keçirilməsinə gəldikdə, bilmirəm ... Müxalifətin mitinqi iki ay əvvəl elan etdiyi hər hansı bir ölkənin adını çəkin. Bu nə göstərir? Artıq öz tərəfdarları da elan etdikləri mitinqlərə getmirlər. Bu bir daha müxalifətin, çox sadə dillə desək, tamamilə anlaşılmazlıq içində olduğunu göstərir. Çox ciddi, fəlakətli bir vəziyyətdədirlər. Radikal, Saakaşvili qənədini və ümumiyyətlə onların radikal hərəkətlərini nəzərdə tuturam. Başqa bir şərh edə bilmərəm”. - İrakli Ğaribaşvili

Qeyd edək ki, müxalifət partiyaları mayın 15-də Tbilisidə Rustaveli küçəsində geniş miqyaslı mitinq elan etdilər.

Bizimlə əlaqə saxlayın