GAİM-nə icraçı direktor vəzifəsinə namizəd olmaq istəyənlərin nəzərinə! - Müddət sona çatır
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi icraçı direktor vəzifəsinə müsabiqə elan edir.
İş barədə məlumat:
1. Mərkəzin gündəlik fəaliyyətini təmin etmək və ümumi fəaliyyətə nəzarət həyata keçirmək;
2. Mərkəz tərəfindən həyata keçirilən layihələr barədə təkliflər vermək, yeni layihələr hazırlamaq;
3. Edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və şəffaflığı və hesabatlığı təmin etmək;
4. Mərkəzin bölmələrinin fəaliyyətini təşkil etmək, təhlil etmək, yeni təkliflər hazırlamaq;
5. İcraçı direktor səlahiyyətlərinə bilavasitə aid olan vəzifələri yerinə yetirmək;
6. Mərkəzin iclas və müşavirələrində iştirak etmək, onları protokollaşdırmaq, iclas və müşavirələrin yekunları barədə təkliflər hazırlamaq;
7. İş günləri: həftənin 5 günü, saat: 9:00-dan 18:00-dək, istirahət şənbə-bazar günləri;
8. Əmək haqqı 550$ başlayaraq (nəqliyyat və digər xərclər ödənilmir).
Namizədlərə olan tələblər:
1. Gürcüstan vətəndaşı (pasportun surəti);
2. Ali təhsil (diplomun surəti);
3. İş təcrübəsi: hökümət və ya qeyri-hökümət təşkilatlarında azı 3 il iş təcrübəsi;
4. Gürcü və Azərbaycan dilində yazı və danışıq qabiliyyəti (digər dillər də arzu olunandır);
5. Kompüter bilikləri (MC Office və s.);
5. Müasir tədbirlər (həmçinin onlayn) həyata keçirmək bacarığı;
6. Ünsiyyət qurmaq, komandada işləmək qabiliyyəti;
7. Təşəbbüskar, məsuliyyətli, qərar qəbul etmə və problemləri həll etmə bacarığı olan, analitik düşüncəli, idarəetmə qabiliyyətli;
8. Müvafiq normativ sənədlərin və Gürcüstan qanunvericiliyinin əsaslarını bilməli;
9. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməli.
Arzu edənlər 2021-ci ilin mart ayının 25-dək CV məlumatlarını və İnteqrasiya Mərkəzinin gələcək fəaliyyətinə dair baxışlarını [email protected] elektron poçt ünvanına göndərməsi xahiş edilir.
Müraciət edənlər elektron məktubun mövzu hissəsində “İCRAÇI DİREKTOR” yazmalıdır.