25 
Mar
2021
14:00
1847

Gürcüstanda 28 marta qədər hava proqnozu açıqlandı

Martın 26-da Gürcüstanın demək olar bütün ərazilərində nisbətən isti olacaq.

InterPress.ge xəbər verir ki, Martın 26-da Şərqi Gürcüstanın ərazisində əsasən yağmursuz, orta temperatur 13 dərəcə olacaq. Dağlarda əsasən sulu qar yağacağı gözlənilir. Orta temperaturun 0- +4 dərəcə arasında olacağı gözlənilir.

26 mart Gürcüstanın qərbində havanın istiləşəcəyi müşahidə olunur. Hava orta hesabla 14 dərəcəyə qədər yüksələcək. Gürcüstanın qərb hissəsində dağlıq bölgələrdə isə qar yağacağı gözlənilir. Gecə orta temperatur 3 dərəcə, gündüz maksimum +2 dərəcə istiləşəcək.

Martın 27-də Şərqi Gürcüstanın aran ərazilərində yağış yağacağı gözlənilir. Orta temperatur 10 dərəcə olacaq. Dağlarda havanın temperaturu +5 dərəcə olacaq və qar yağacağı gözlənilir.

Martın 27-də Gürcüstanın qərbində aran rayonlarında güclü yağış gözlənilir. Gürcüstanın qərbində orta temperatur 10-11 dərəcə olacaq. Dağlarda qar yağacağı, havanın temperaturunun gecə -2, gündüz maksimum +4 dərəcə olacağı gözlənilir.

Martın 28-də Şərqi Gürcüstanın aran ərazilərində yenidən yağış yağacaq. Havanın temperaturu 10-12 dərəcə olacaq. Gecə dağlarda qar yağacaq. İstilik maksimum +5 dərəcəyə qədər olacaq.

Martın 28-də, şərqdən fərqli olaraq, qərbi Gürcüstanın aran bölgələrində yağışlı hava davam edəcək. Havanın temperaturu +10 dərəcəyə qədər olması gözlənilir. Gecə dağlarda qar yağacaq, günün çox hissəsi yağmursuz olacaq, havanın temperaturu +2 dərəcə olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər