25 
Mar
2021
13:59
3165

Komendant saatının nə vaxt yüngüləşdiriləcəyi barədə açıqlama verildi

“Komendant saatı” virusun yayılmasının idarə edilməsinin ən təsirli üsullarından biridir”.

InterPress.ge xəbər verir ki, Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze “komendant saatı”nın yüngülləşdirilməsidən danışıb.

Xəstəliklərə Nəzarət Mərkəzi direktorunun sözlərinə görə, bu, ölkədəki epidemiyadan asılı olacaq.

"Ümumiyyətlə,"komendant saatı" gürcü velosipedinin ixtirası deyil. Pandemiya vaxtında məhdudlaşdırıcı tədbirlərdə ən təsirli vasitələrdən biri hesab olunur. Buna görə də avtobusda və ya metroda çox insan olduqda mümkün qədər maska taxmalıdırlar. “Komendant saatı”nı yüngülləşdirmək üçün epidemioloji vəziyyətlə bağlı müşahidələrin aparıldığını dedik. İndi həyəcan verici bir epidemiya yoxdur, bəli, son bir həftədə vəziyyət daha da pisləşdi, amma həyəcan verici deyil. Bunu bir neçə dəfə demişəm və təkrar edəcəm. Bu tip epidemiyanı mart, aprel aylarında keçsək, əmin ola bilərsiniz ki, may ayına çox yaxşı bir ümidlə girəcəyik və martın sonunda və ya aprelin əvvəlində “komendant saatı” ilə əlaqədar bəzi dəyişiklikləri nəzərdən keçirilə bilər", - dedi Qamğrelidze.

Xatırlada ki, koronavirusun yayılmasının qarşısını almaq üçün Gürcüstanda saat 21: 00-dan 05: 00-dək hərəkət qadağandır.

Bizimlə əlaqə saxlayın