Vətəndaşlar bu tarixdən "Pfizer" peyvəndini vurdura biləcəklər
“Vətəndaşlar “Pfizer” peyvəndindən 30 mart tarixindən etibarən istifadə edə biləcəklər”.
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirinin müavini Tamar Qabunia açıqlama verib.
Onun sözlərinə görə, “Pfizer” peyvəndi ilə peyvəndlənmə prosesi ölkənin 6 klinikasında həyata keçiriləcək.
“Peyvəndləmə prosesi həftənin çərşənbə günü başlayacaq, çünki klinikalarda “Astrazeneca” peyvəndi ilə proses davam edir. Vətəndaşlar qeydiyyatdan keçiblər. “Pfizer” peyvəndi həftənin çərşənbə günündən 6 klinikaya paylanacaq. Qalan klinikalarda peyvəndləmə prosesi isə “Astrazeneca” ilə həyata keçiriləcək. Hal- hazırda 20 klinika “Astazeneca” peyvəndi ilə təmin edilib. Ehtiyyac yaranarsa əlavə mərkəzlər də açılacaq.”- Tamar Qabunia.


