Pfizer peyvəndi hansı şəhərlərə paylanacaq? - Səhiyyə nazirindən açıqlama
“Pfizer” peyvəndi 3 böyük şəhərdə, 6 klinikaya- Batumidə 1, Kutaisidə 1 və Tbilisidə 4 klinikaya paylanacaq”.
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə naziri Ekaterine Tikaradze deyib.
Nazirin sözlərinə görə, Tbilisi klinikaları bunlardır: “Bokeria Klinikası”, “Respublika Xəstəxanası”, “Amteli Klinikas” və “Qafqaz Tibb Mərkəzi”, Batumidə “Respublika Xəstəxanası” və Kutaisidə Çxakaia adına “Evex Klinikası”.
Tikaradzenin dediyinə görə, gözlənilən qədər doza gətirilib - 29 min 500, buda 14 min nəfərə paylanacaq.
"Məlum olduğu kimi, “Pfizer” artıq Gürcüstandadır, peyvəndin gözlədiyimiz miqdarı 29.500 idi, bu dozaları 14.000 nəfər üçün istifadə edəcəyik, “Pfizer” ilə aşılama müddəti təyin olunduğundan və birinci peyvənddən sonra ikinci aşının 3-4 həftədə edilməsi səbəbindən, qərar verdik ki, “Astrazeneca” vəziyyətində olduğu kimi olmayacaq, ikinci axında gözləməyəcəklər və beləliklə vətəndaşlarımız risk altında olmayacaq. Bu peyvəndin 3 böyük şəhərdə, 6 klinikaya, Batumidə 1, Kutaisidə 1 və Tbilisidə 4 klinikaya paylanması da vacibdir. Tbilisi klinikaları bunlardır: “Bokeria Klinikası", "Respublika Xəstəxanası", "Amteli Klinikası" və "Qafqaz Tibb Mərkəzi", Batumidəki "Respublika Xəstəxanası" və Kutaisidə Çxakaia adına "Evex Klinikası", - dedi Tikaradze.
Xatırladaq ki, “Pfizer” peyvəndinin ilk dozaları 24 martda Gürcüstana gəldi.


