25 
Mar
2021
11:38
393

Qamğrelidze: "Bu mövzu hələ müzakirə olunmayıb"

Peyvəndin birinci dozası ilə peyvəndləndikdən sonra koronavirus aşkarlanan vətəndaşlar ikinci doza ilə peyvəndlənəcək ya yox məlum deyil.

InterPress.ge xəbər verir ki, bu mövzu ilə bağlı Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze açıqlama verib.

Onun sözlərinə görə, bu mövzu hələ müzakirə edilməyib.

“Hələ ki, bənzər hadisənin bir neçə 2-3 halı qeydə alınıb. İnsan inkubasiya dövründə olub-olmadığına bilmir çünki əlamətlərsiz idi. Bu sonradan müəyyənləşdirildi və peyvənd oldu. Daha sonra isə ailə üzvləri ilə təmasda olduğu üçün yüngül formalı covid-19-a yoluxdu. Bu kateqoriyalı insanların ikinci dəfə peyvəndlənib- peyvəndlənməyəcəyi haqda müzakirə etməliyik. Ancaq qeyd edim ki, 8-12 həftə sonra peyvənd vurdurmaqla təhlükəli heç nə olmaz. Bir çox ölkələr koronavirus keçirən vətəndaşları sağaldıqdan 1 ay, 60 gün və ya 90 gün sonra peyvənd edir. Bizdə isə bu hallarda 120 gün sonra bu baş tutur. Bu hal yeni olduğu üçün bunu müzakirə etməliyik. Xəsətliklərə Nəzarət Milli Mərkəzi Səhiyyə Nazirliyi ilə tövsüyyələr hazırlayacaq.”- Qamğrelidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər