24 
Mar
2021
22:15
643

Prezident: "Bütün tərəfləri dar siyasi maraqlara deyil, ölkəyə üstünlük verməyə çağırıram"

Gürcüstan prezidenti Salome Zurabişvili bütün tərəfləri dar siyasi maraqlara deyil, ölkəyə üstünlük verməyə çağırıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı prezident administrasiyası yayır.

Prezidentin sözlərinə görə, yaranmış böhranın uzanması yalnız Gürcüstanın dost olmayan qüvvələri üçün əlverişlidir.

“ABŞ və Avropa Birliyi çətin bir bölgədə güclü və etibarlı bir tərəfdaş kimi, daha stabil və demokratik bir Gürcüstana ehtiyac duyur.

Yenidən bütün tərəfləri dar siyasi maraqlara deyil, ölkəyə üstünlük verməyə çağırıram. Mövcud böhranın uzadılması yalnız Gürcüstanın dost olmayan qüvvələri üçün əlverişlidir. Ölkənin yalnız dövlət qurumlarını gücləndirmək və yeni demokratik islahatlar aparmaqla nail ola biləcəmiz bir sabitliyə ehtiyacı var", - bildirib Zurabişvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər