"Dəyişdilər" vətəndaş hərəkatının üzvləri işğal altında olan Abxaziyadan Gürcüstanın mərkəzi hökuməti tərəfindən idarə olunan əraziyə köçən vətəndaşlar üçün məcburi 5 günlük karantinin ləğv edilməsini tələb edirlər.
InterPress.ge xəbər verir ki, bu tələblə aktivistlər Calengixanın Paxulani kəndində etiraz aksiyası təşkil ediblər.
Etirazçılar hökumətin yanaşmasının ayrı-seçkilik olduğunu və bu qərarın Qalidə yaşayan insanlar üçün problem yaradacağını söyləyiblər.
"Alternativ olaraq, hökumət digər Gürcüstan vətəndaşları üçün istifadə etdiyi sürətli testlərdən istifadə edə bilər",- dedi etirazçılardan Oto Şenqelia.
