23 
Mar
2021
14:00
365

Tamar Qabunia: "Bu günədək 4000-dən çox tibb işçisi peyvənd olunub

“Bu vaxtadək 1467 koronavirus xəstəsi xəstəxanalarda müalicə alır. Buradan 299 xəstə intensiv terapiya şöbəsində, 80 xəstə reanimasiya şöbəsindədir, 3000-dən çox çarpayı isə səfərbər olunub.”

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirinin müavini Tamar Qabunia bu gün baş tutan brifinqdə açıqlama verdi.

O, eləcə də peyvəndləmə prosesinə də diqqət çəkdi və bu həftənin sonunadək Gürcüstan “Pfizer” peyvəndini qəbul edəcək və tibb işçiləri eləcə də 65 yaşdan yuxarı vətəndaşlar vurduracaqları peyvəndi seçə biləcəklər.

“Qaydalara riayət etməkdə son dərəcə diqqətli olmalıyıq. Xəstəxana sektoruna gəldikdə, bu vaxtadək 1467 koronavirus xəstəsi xəstəxanalarda müalicə alır. Buradan 299 xəstə intensiv terapiya şöbəsində, 80 xəstə reanimasiya şöbəsindədir, 3000-dən çox çarpayı isə səfərbər olunub. Peyvəndləmə prosesinə gəldikdə, hazırda 4000-dən çox tibb işçisi peyvənd olunub. 65 yaşdan yuxarı vətəndaşlar peyvənd vurdurmaq üçün 25 mart tarixindən qeydiyyatdan keçə biləcəklər. Bu qərar dünən Qurumlararası Peyvəndləmə Şurasında dünən müzakirə olundu və bu gün Koordinasiya Şurası tərəfindən dəstəkləndi. Bu həftənin sonunadək Gürcüstan “Pfizer” peyvəndini qəbul edəcək və tibb işçiləri eləcə də 65 yaşdan yuxarı vətəndaşlar vurduracaqları peyvəndi seçə biləcəklər. Qeyd edim ki, aprel ayında peyvəndin əlavə dozalarını gözləyirik”- Qabunia.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər