23 
Mar
2021
13:32
679

VMH üzvləri DİN qarşısında etiraz aksiyası keçirirlər

Ortacalada Daxili İşlər Nazirliyi binası yaxınlığında “Vahid Milli Hərəkat”ın üzvləri etiraz aksiyası keçirdilər.

InterPress.ge xəbər verir ki, bu barədə “Vahid Milli Hərəkatın”ın üzvü Zviad Kuprava qeyd bildirib.

Onlar bir neçə gün bundan öncə yanacağın qiymətinin artması ilə bağlı aksiya keçirən zaman hüquqmühafizəçilərdən birinin Qiorqi Beraianın hərəkətlərinə etiraz etmişdilər.

Onların sözlərinə görə, o, aksiya zamanı iştirakçılardan birinin bayrağını alaraq yerə atıb.

Aktivistlər dövlət rəmzinin təhqir edilməsi maddəsi ilə istintaqın başlaması üçün Nazirliyə yazılı müraciət ediblər. Onların açıqlamasına görə, Qiorqi Beraia tutduğu vəzifədən kənarlaşdırılmalıdır.

Onlar eləcə də polisin hərəkətlərini əks etdirən foto şəkilləri sübut kimi özləri ilə gətiriblər.

“Yanacaqla bağlı hava limanı yolunda aksiya keçirirdik. Aksiyada avtomobillərdə Gürcüstan bayraqları var idi. Polislərdən biri bayraqlardan birini götürərək yerə tulladı. Dövlət rəmzimiz təhqir olundu və bu qəbuledilməzdir. Bu fakt Cinayət Məcəlləsinin 343-cü maddəsini və 2 il azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Biz bu şəxsin məsuliyyətə cəlb olunması üçün DİN-ə müraciət etdik. Tələb edirik ki, bu şəxs vəzifəsindən uzaqlaşdırılsın və müvafiq maddə ilə istintaq başlasın. O, bu hərəkəti ilə dövləti və öz həmkarlarını alçaldıb”-VMH üzvü Zviad Kuprava.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər