Dünyada koronavirusa yoluxanların sayı 511 min nəfəri ötüb.
InterPress.ge xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında bildirilir.
Təşkilatın məlumatına görə, dünyada 23 min nəfərə yaxın insan COVID-19 virusunun qurbanı olub. Bildirilir ki, pandemiya 199 ölkədə və bölgədə aşkarlanıb.
Koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində aşkarlanıb.
Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.
