23 
Mar
2021
00:01
1008

Laqodexi bələdiyyəsinin Qabal kəndində Novruz bayramı qeyd olundu - FOTO

Dünyada və eləcə də Gürcüstanda mövcud pandemiya şəraitinə və onun qarşısını almaq məqsədilə tətbiq olunan məhdudiyyətlərə baxmayaraq türk dünyasının əvəzolunmaz bayramı olan Novruz bayramı ölkənin azərbaycanlıların yaşadıqları ərazilərdə qeyd olunması davam edir.

InterPress.ge xəbər verir ki, Novruz bayramı bu gün Laqodexi bələdiyyəsinin Qabal kəndində qeyd olunub.

İctimai fəal və gənclərlə iş üzrə ,,Diaspor və Qafqaz məsələləri" komitəsinin sədri Elvin Tağıyev İnterPress.ge-yə verdiyi müsahibəsində qeyd edir ki, Laqodexi bələdiyyəsi meriyasından Novruz bayramının təntənəli şəkildə qeyd olunmasına icazə verməməsinə baxmayaraq yerli əhali bayramı qeyd edib.

"Bu gün Laqodexi rayonunu Qabal icmasında da Novruz bayramı qeyd edilməkdədir. Nəzərinizə çatdıraq ki, ölkədəki epidemoloji vəziyyəti nəzərə alaraq Laqodexi meriyası tərəfindən qeyd olunub ki, hər il icmada təntənəli şəkildə qeyd olunan bayram şənliyi və ya bayrama xas olan güləş tədbiri qeyd olunmamalıdır. Buna baxmayaraq icmanın gənc Azərbaycanlı ictimai fəallarının səyi nəticəsində Qabalda yerləşən böyük idman və şənlik idman meydançasında ənənəvi güləş tədbiri baş tutub. Tədbirin təşkili zamanı yerli polis müdaxilə etsədə gənclər məqsədlərnə nail olublar."

O, eləcə də, azərbaycanlı fəalların ve QHT-lərin hökumətə etdikləri müraciətə baxmayaraq, Novruz bayramı günü hökumət tərəfindən komendant saatının götürülməsi məsələsinə də toxunub.

"Gənclərin və sakinlərin fikrincə bayram şənliyinin qeyd olunmasına qoyulan məhdudiyyət Gürcüstanda yaşayan azərbaycanlılara qarşı birmənalı diskriminasiyadır."- Elvin Tağıyev

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər