
Gürcüstanın yaşlı vətəndaşlarının peyvəndlənməsi üçün qeydiyyat bu tarixdən başlayacaq
“65 yaşdan yuxarı Gürcüstan vətəndaşları üçün peyvənd əlçatan olacaq.”
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Naziri Ekaterine Tikaradze açıqlama verib.
Nazirin bu gün baş tutan brifinqdə açıqlamasına görə, növbəti mərhələ yaşlı vətəndaşlar üçün nəzərdə tutulduğundan irəli gələrək İmmunizasiya Ekspertləri Şurası proseslərin sürətləndirilməsinə dair qərar qəbul etdi. Belə ki, 65 yaşdan yuxarı vətəndaşlar peyvəndlənmək üçün martın 25-dən qeydiyyatdan keçə biləcəklər.
“Bu gün Şura bəzi mövzuları müzakirə etmək üçün toplanmışdı. İctimaiyyət üçün önəmli xəbərlərdən biri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilən qərardır. Belə ki, təşkilat “Astrazeneca” payvəndini təhlükəsiz peyvənd kimi tanıdı. Artıq bütün dünya ölkələri “Astrazeneca” peyvəndindən məhdudiyyətsiz şəkildə istifadə etməyə davam edəcəklər. Bundan irəli gələrək, qərar qəbul etdik ki, 65 və 75 yaşdan yuxarı vətəndaşlar peyvəndlənmə prosesindən keçmək əlçatan olacaq. Yaşlı insanlara koronavirus daha çox təhlükəli olduğu üçün prosesi sürətləndirməyə qərar verdik”- Ekaterine Tikaradze.